Dərc edildi: Baxış sayı: 526
Beyl son sözünü dedi - Gedir, yoxsa qalır?
Qaret Beyl "Real"dan ayrılacağı ilə bağlı yayılan xəbərlərə son nöqtəni qoyub.
Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, uelsli futbolçu klub rəhbərliyi ilə şəxsi görüşündə bu yay komandanı tərk etmək barədə düşünmədiyini bildirib. Təcrübəli futbolçu bu səbəbdən digər təklifləri dəyərləndirməyəcəyini də rəhbərliyin nəzərinə çatdırıb.
Hazırda Beylə görə təklif almayan "Real" rəhbərliyi başa düşür ki, baş məşqçi Zinəddin Zidanın səylərinə baxmayaraq, yarımmüdafiəçini satmaq çox çətin olacaq.
Qeyd edək ki, Beyl komandanın yeni mövsüm üçün forma tanıtımında da iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət