Beyin xərçəngini müalicə edən virus aşkarlanıb
Böyük Britaniya alimləri insanın immun sisteminə təsir edərək ona xərçəng hüceyrələrini məhv etməyə kömək edən xüsusi virus kəşf ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, ekspertlərin məlumatına görə, insan üçün zərərsiz reovirus hematoensefalik baryerdən (mərkəzi sinir sisteminin əsas “qoruyucusu”) keçərək baş-beyin şişlərinə düşə və immuniteti onkologiya ilə təbii yolla mübarizəyə “sövq edə” bilir.
Məlumata görə, bu yaxınlarda aparılan tədqiqatda baş-beyin xərçənginin aqressiv formalarından əziyyət çəkən xəstələr iştirak edib. Xəstələr üçün əməliyyat nümayiş olunduqdan sonra onların eksperimental müalicədə razılığı alınıb. Əməliyyata bir neçə gün qalmış xəstələrə sonradan bütün məhv edilmiş hüceyrələrdə aşkarlanan və şişlərin ölçüsünü kiçildən venadaxili reovirus vurulub.
Tədqiqat müəllifi Adil Samson bildirib ki, bu, virusun beyinin hematoensefalik baryerindən keçmək qabiliyyətini sübut edən və immunoterapiya üçün imkan açan ilk hadisədir. “Bu, baş-beyin xərçənginin aqressiv formalarından əziyyət çəkən xəstələrə xəstəliklə mübarizəyə kömək edəcək. Yeni virus xərçəng hüceyrələrini orqanizmin immuniteti üçün “nəzərəçarpacaq” etdiyinə görə onu stimullaşdıra bilir.
Hazırda Britaniyada texnologiyanın klinik sınaqları davam etdirilir. Həkimlər ümid edir ki, yeni reovirus şüa və ya kimyaterapiyanı əvəz edə bilməsə də, orqanizm üçün onkologiya ilə mübarizədə faydalı olmayan prosedurların sayını və sıxlığını xeyli azaldacaq.
Nizam Nuriyev
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət