Dərc edildi: Baxış sayı: 996
Bəşəriyyətə insanlıq dərsi keçən məşhur milyonçular
Dünyada çox sayda kimsəsiz, atılmış və xəstə uşaqlar var. Onların çoxu paltar, ayaqqabı, hətta bir tikə çörək kimi sadə ehtiyaclara möhtacdır. Xoşbəxtlikdən bütün cəmiyyət tərəfindən tərk edilmiş uşaqların taleyi haqqında düşünən qayğıkeş insanlar var. Onlar məşhurluğu, geniş əlaqələri, nüfuzu və sərvəti sayəsində bu uşaqlara yardım əlini uzadaraq onlara ümid verir.
Bu yazıda xeyriyyəçiklə məşğul olan, dünyaya insanlıq dərsi keçən məşhurlardan bəhs olunub.
Qoşa Kuçenko
Yeddi il əvvəl tanınmış rus aktyoru "İrəli addımla” adlı xeyriyyə fondunu təsis edib. Fond serebral palsiyadan əziyyət çəkən uşaqlara yardım məqsədi ilə yaradılıb. Bütün bunlar bir qadının küçədə Kuçenkoya yaxınlaşaraq iflic olan uşağına kömək istəməsi ilə başlayıb. Bu hadisədən sonra aktyor xəstə uşaqlara yardım etmək üçün ildə bir neçə dəfə xeyriyyə axşamlarını təşkil edir. "İrəli addımla" xeyriyyə fondunun yaranmasının ilk beş ili ərzində ümumilikdə qırx milyon rubl pul toplanıb və təxminən iki min uşağa yardım göstərilib.
Nataliya Vodyanova
Gözəl qızlar cəmiyyət arasında sadəcə özünü düşünən daş qəlbli qızlar kimi tanınır. Ancaq rus gözəli öz yardımsevərliyi və nümunəvi əməlləri ilə bu düşüncələrin üstündən xətt çəkib. Nataliyanın təsis etdiyi "Çılpaq ürəklər” xeyriyyə fondu artıq on beş ildir ki, fəaliyyət göstərir. Fonda yoxsul ailələrin uşaqlarına pulsuz (pulsuz) hüquqi və tibbi xidmətlər göstərilməsindən, oyun sahələrinin tikintisinə qədər müxtəlif xidmətlər göstərir. Vodyanova eyni zamanda dünyada autizm xəstəliyindən əziyyət çəkən uşaqlar üçün pul yığır. Mütəmadi olaraq Parisdə xeyriyyə marafonları keçirilir, toplanan gəlirlər "Çılpaq ürəklər" fonduna keçirilir.
Kianu Rizv
Məşhur Hollivud aktyorlarından biri deyir ki, "Pul məni maraqlandıran ən son şeydir". Rizv həqiqətən də qazandığı pulların böyük hissəsini xeyriyyə fondlarına yatıran yeganə kino ulduzudur.
Körpəsinin, həyat yoldaşının və bacısının vaxtsız ölümündən dolayı Kinau çox acı çəkib. Zalım həyat onu çətin sınaqlar qarşısında qoysa da, kino aktyoru humanizm duyğularını qəlbindən silib atmayıb. O istəmir ki, başqaları da onun çəkdiyi ağrı-acını dadsın. Odur ki, o, bu yolda əlindən gələn hər şeyi edir. K,Rivzin xeyriyyə fondu xərçəng xəstələrinə kömək edir. Bundan əlavə, aktyor da heyvan hüquqlarının fəal müdafiəçisidir.
Leonardo di Kaprio
Nəcib əməllərə imza atan başqa bir aktyor Leonardo di Kapriodur. Bu il Di Kaprio Fondunun iyirmi yaşı olacaq. Ötən il onun təsis etdiyi fond ətraf mühitin mühafizəsi ilə məşğul olan yüzlərlə təşkilat üçün iyirmi milyon dollar ayrılıb. Bundan əlavə, o, tez-tez xeyriyyə axşamları təşkil edərək planetimizi xilas etmək üçün milyonlarla məbləğdə toplayır.
Keyt Middlton
Hersoginya yeddi xeyriyyə fonduna idarəçilik edir. Kimyəvi terapiya müalicəsini alan uşaqlar üçün o, hətta saçını kəsdirməkdən utanmır. Və o, hər il Milad bayramında uşaq evlərinə hədiyyələr göndərir.
Ancelina Coli
Aktrisa "Lara Croft" adlı filmində oynadığı zaman Kambocanı ziyarət etmək məcburiyyətində qalmışdı. Orada insanların acınacaqlı şəraitdə yaşadığının şahidi olan kino ulduzu o vaxtdan bəri xeyriyyəçiliklə məşğul olur. Coli indi də BMT-nin xoşməramlı səfiridir. O, tez-tez yoxsul ölkələrə humanitar missiya ilə səfər edir. Məşhur aktrisa Pakistanda yaşayan Əfqan qaçqınlarına, eləcə də Afrika ölkələrində aclıqdan ölmək üzrə olan yoxsul əhali üçün hər il milyonlarla dollar ayırır. Bununla kifayətlənməyən ulduz bir neçə uşağı övladlığa götürərək onları ölümdən xilas edib. Onun xeyriyyə fondu tez-tez "Sərhədsiz Həkimlər”ə də kömək edir.
Konstantin Xabenski
Aktyor sevdiyin insanın xərçəngdən ölməsinin nə olduğunu bilir. 2004-cü ildə aktyorun atası onkoloji xəstəlikdən dünyadan köçüb, dörd il sonra isə ilk həyat yoldaşı Anastasiya Smirnova bədxassəli beyin şişindən ölüb. Həmin ildə Konstantin uşaqların xərçəngə qalib gəlməsinə kömək edən bir fond yaratmağa qərar verib. Xabenski xeyriyyəçiliyi ilə yüz əlli uşağın həyatını xilas edib. Bundan əlavə, aktyor, adi məktəblərdə teatr studiyalarının inkişafına kömək edir, bir neçə uşaq teatrı və musiqi layihəsinin yaradılmasında iştirak edib.
Milyardlarla dollarlıq xeyriyyə işlərinə imza atan digər məşhurların xərclədikləri böyük pulların miqdarını təqdim edirik:
1. Bill Qeyts – 1.9 milyard dollar
2. Uorren Baffett 1 milyard 870 milyon dollar
3. Corc Soros 763 milyon dollar
4. Mark Zukerberq 519 milyon dollar
5. Uolton ailəsi 432 milyon dollar
6. Eli və Edit Brod 376 milyon dollar
7. Maykl Blumberq - 370 milyon dollar
8. Paul Allen - 327.7 milyon dollar
9. Çak Fini - 313 milyon dollar
10. Qordon və Betti Mur 250.5 milyon dollar
Mənbə: Qaynarinfo.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət