Slimfit
  1. SİYASƏT

Beş ölkənin XİN başçısının Bakı görüşü başladı

Beş ölkənin XİN başçısının Bakı görüşü başladı
Sakura

Beş ölkənin XİN başçısının Bakı görüşü başladı

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası başlayıb.

Report” xəbər verir ki, iclasa Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov sədrlik edir.

Nazirin sözlərinə görə, dünən təşkilatın, onun strukturlarının bundan sonrakı fəaliyyəti, eləcə də həm təşkilat daxilində, həm də Vişeqrad qrupu, ASEAN və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Bundan əlavə, Türkiyədə keçiriləcək Türkdilli dövlətlərin VIII sammitinə hazırlıq məsələləri müzakirə olunub.


*** 09:56

Bu gün Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası keçiriləcək.

“Report” xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan xarici işlər nazirləri iştirak edəcəklər.

Qeyd edək ki, TDƏŞ müasir türk dövlətlərini birləşdirən beynəlxalq təşkilatdır. Onun əsas məqsədi üzv ölkələr arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Təşkilat 2009-cu il oktybarın 3-də Naxçıvan şəhərində yaradılıb. Hazırda şuranın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR