Slimfit
  1. TEXNOLOGİYA

Bəs koronavirusdan qorunmağa kömək edəcəkmi? Panasonic “ geyinilən təmiz hava generatoru” nun anonsunu verdi

Bəs koronavirusdan qorunmağa kömək edəcəkmi? Panasonic “ geyinilən təmiz hava generatoru” nun anonsunu verdi
Sakura

Bəs koronavirusdan qorunmağa kömək edəcəkmi? Panasonic “ geyinilən təmiz hava generatoru” nun anonsunu…

AiryTail, insanın üzü və boynunun alt yarısını əhatə edən bir maskadır. İçərisinə yerləşdirilən iki mərhələli filtr, toz, çiçək tozcuqları , PM2.5 hissəcikləri və xırda zibillər də daxil olmaqla çirkləndiriciləri təsirli şəkildə yaxalayır.

Yaponiyanın Panasonic korporasiyasının GameChangerCatapult "ideya inkubatoru" əməkdaşları cəsarətlə "geyinilən təmiz hava generatoru" adlandırdıqları yeni bir məhsulu təqdim ediblər - AiryTail. Ens.az xəbər verir ki, yenilik, özündə insanın üzünü və boynunun alt yarısını örtən maskanı ehtiva edir.

İçərisində olan iki mərhələli filtr, toz, çiçək tozcuqları, PM2.5 hissəcikləri və xırda zibil də daxil olmaqla çirkləndiriciləri təsirli şəkildə içinə çəkir. Maska , ilk növbədə , qaz ilə çirklənmiş küçələrdən gündəlik olaraq keçmək məcburiyyətində qalan motosiklet və skuterlərin sahiblərinə yönəlib. Cüt hava axını sistemi təmizlənmiş havanı iki hissəyə ayırır, onun bir hissəsi sahibinin normal nəfəs almasını təmin etmək üçün maskaya ​​daxil olur, digər hissə isə insanın üzünə və boynuna toxunmadan ətrafdakı boş yerlərə sərbəst şəkildə buraxılır.

Beləliklə, maska ​​sahibi yalnız özünə deyil, başqalarına da kömək etmiş olur. Panasonic mühəndisləri hesab edirlər ki, 30 km / saat sürətlə hərəkət edən bir AiryTail maskalı sürücü, bir saat ərzində təxminən 14000 litr havanı təmizləyə bilər. Bu miqdardakı təmiz hava eyni saat ərzində 30 nəfərin nəfəs alması üçün kifayətdir.

Mənbə: ichip.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR