Slimfit
  1. HƏRB

Beş günlük mühasirədən sağ çıxan qazi Natiq Hacıyev

Beş günlük mühasirədən sağ çıxan qazi Natiq Hacıyev
Sakura

Beş günlük mühasirədən sağ çıxan qazi Natiq Hacıyev

“Birinci yaralandığım zaman atama zəng etdim və dedim ki, anama demə. Üstündən yarım saat keçmədi ki, anam zəng vurdu. Soruşdu ki, nə olub, hardasan?”

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu sözləri beş günlük müharisədən sağ çıxan qazi Natiq Hacıyev ARB-nin “44 GÜNƏ ZƏFƏR” adlı rubrikasına müsahibəsi zamanı bildirib.

N.Hacıyev qeyd edib ki, qarşıda bir məqsəd  vardı, nə olursa olsun biz o torpaqları almalıyıq:

“Danışmaq çətindir. Yanında döyüş qardaşını itirmək çox ağırdır. Bir-birimizə vəsiyyət etmişdik ki, nə olursa olsun, heç kim arxada qalmasın. Axırıncı əsgərimiz olsa belə onu götürüb çıxarmalı idik. Şuşanı azad edəndə orada vurulmuşam”.

Anası Hacıyeva Cəmilə deyir ki,  hər şeyi ürəyimlə hiss edirdim:

“Bir ana üçün o səhnəni görmək... Allah heç bir valideynə göstərməsin. Həyətdə söhbət edirdik. Dedim ki, Natiq ya şəhid oldu, ya da yaralandı. Dedilər niyə belə deyirsən? Ürəyimdə hiss edirdim. Şuşa alınana qədər mən ağlamadım, Şuşa alınanda ağladım. İstərdim ki, Natiq Şuşadan mənə şəkil göndərsin. Çox təəssüf ki, oğlum Şuşa istiqamətindəki döyüşlərdə yaralandı”.

Daha ətraflı süjeti təqdim edirik:

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR