Dərc edildi: Baxış sayı: 553
Beş fotokamera ilə təchiz edilən smartfon
LG şirkəti 5 fotokameraya malik “V40 ThinQ” smartfonunu təqdim edib. Üç foto ötürücü arxada, ikisi isə ön tərəfdə quraşdırılıb.
Xeberler.az xarici mediaya istinadən yazır ki, arxa paneldə barmaq izi skaneri yerləşir. Şirkət nümayəndələri təsdiq edib ki, qurğu çərçivəsiz 6,4 düym diaqonallı ekranla (ötənilki V30 modelindən bir qədər böyük) təchiz edilib və üç rəngdə (qırmızı, göy və boz) buraxılacaq.
Məlumata görə, Cənubi Koreya bazarı üçün nümayiş olunan yeni qurğunun texniki xüsusiyyətləri və qiyməti barədə məlumat verilmir. Təqdimatı oktyabrın 3-nə nəzərdə tutulan “LG V40 ThinQ” smartfonu qlobal bazarda 5 kamera ilə təchiz edilən ilk qurğudur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət