Dərc edildi: Baxış sayı: 492
Berlindən ABŞ-la İran arasında gərginliyə reaksiya
Berlin İran və ABŞ arasında deeskalasiyanın güclənməsini tam dəstəkləyir.
Axar.az xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kristofer Burger deyib.
“Biz tam olaraq Fransa Prezidentinin ABŞ və İran arasındakı deeskalasiya ilə bağlı səylərini dəstəkləyirik. Əgər belə deeskalasiya və Vaşinqtonla Tehran arasında mümkün yaxınlıq reallaşsa, o zaman nüvə razılaşmasını qoruyub saxlamaq imkanları artacaq”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət