Slimfit
  1. AVTO VƏ MOTO

Berlində sürücüsüz hərəkət edən pulsuz elektrobuslar işə başlayır

Berlində sürücüsüz hərəkət edən pulsuz elektrobuslar işə başlayır
Sakura

Berlində sürücüsüz hərəkət edən pulsuz elektrobuslar işə başlayır

Bu ilin dekabr ayından etibarən Berlin küçələrində adi pilotsuz elektrik avtobusu ilə pulsuz hərəkət etmək mümkün olacaq.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “EuroPulse” xəbər yayıb.

İl ərzində şəhərin mərkəzində iki marşrutda üç kiçik (10 sərnişindən çox olmayan) nəqliyyat vasitəsi işləyəcək. Onlarla səyahət pulsuz olacaq.

Keçən qış Berlində elektrik avtobusu artıq sınaqdan keçirilmişdi. Ancaq onun marşrutu indiki ilə müqayisədə iki dəfə qısa idi.

İndi bu maşınlar daha sürətli olub: əvvəllər maksimum sürət saatda cəmi 12 kilometr (velosipeddən daha yavaş) idisə, indi limit saatda 15 kilometrə qaldırılıb, yazda isə saatda 18 kilometrə çatdırılması düşünülür.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR