Slimfit
  1. DÜNYA

Berlin meriyası yeni cərimə növü tətbiq edir

Berlin meriyası yeni cərimə növü tətbiq edir
Sakura

Berlin meriyası yeni cərimə növü tətbiq edir

Bu il yayda koronavirus pandemiyasının birinci və ikinci dalğaları arasındakı müddətdə fövqəladə vəziyyət rejimi ləğv ediləndən dərhal sonra Berlin şəhər Senatı restoran biznesinin sahibləri üzərinə yeni öhdəliklər qoyan qərar qəbul edib. Həmin qərara əsasən, onlar öz qonaqlarının adını, telefon nömrəsini, ünvanını və ya email ünvanını, habelə zalda, yoxsa açıq havada əyləşmələrindən asılı olmayaraq restoranda olduqları müddəti qeyd etməlidirlər.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, bu qərarın məqsədi COVID-19 virusunun daşıyıcısı ilə eyni müəssisədə olmuş şəxslərin əhatə dairəsini daha səmərəli və daha tez müəyyən etməkdir. O vaxt restoratorların çoxu bu öhdəliyə ciddi əhəmiyyət vermirdi.

Sentyabrın 15-də Berlin qanunvericiləri bu qaydaya riayət edilməməsinə görə sanballı cərimə tətbiq edilməsini qərara alıblar.

Sənədləşdirməyə dair tələblərə ciddi yanaşmayan, düzgün olmayan və ya yarımçıq informasiya təqdim edən qonaqlar 50-500 avro həcmində cərimələnməyə risk edirlər. Öz qonaqlarının adlarını və telefon nömrələrini qeyd etməyə etinasız yanaşan restoratorlar isə 5000 avro cərimə ödəməli olacaqlar.

Hüquq müdafiəçiləri şəxsi məlumatların qorunmasına istinad edərək bu qərardan məhkəməyə şikayət veriblər, lakin bu iddianı uduzublar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR