Dərc edildi: Baxış sayı: 516
Berlin divarının bir hissəsi bərpa ediləcək
Almaniyanı 1961-ci ildən 1989-cu ilə qədər iki hissəyə bölən Berlin divarının bir hissəsi bərpa ediləcək.
"Report" "Associated Press"a istinadən xəbər verir ki, ölkəni Qərbi Almaniya (FRG) və Almaniya Demokratik Respublikası olaraq ayıran məşhur divarın bir hissəsinin tikilməsi incəsənət layihəsi çərçivəsində baş tutacaq.
Bərpa işləri oktyabrın ortalarında başlayacaq və dörd həftə davam edəcək. Buranı gəzmək istəyənlər qiyməti 15 avro olan viza alacaqlar.
Bu incəsənət layihəsinin müəlliflərinin sözlərinə görə, ziyarətçilərin başqa bir ölkəyə səyahət etmələri və azadlıq duyğusunu itirmənin nə demək olduğunu anlamasını istəyirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət