Bərdədə sürücü polisin əlindəki bort komputeri alaraq qaçmağa cəhd göstərdi - VİDEO
Bərdədə sürücü polisin əlindəki bort komputeri alaraq qaçmağa cəhd göstərib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, sosial şəbəkələrdə Bərdə rayonunda polis əməkdaşları ilə sürücü arasında mübahisəni əks etdirən görüntülər yayılıb.
Rayon Polis Şöbəsinin Dövlət Yol Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yolun sağ hərəkət hissəsində dayanma-durma qadağandır nişanının tələbini pozan, üzərində əlavə avadanlıq quraşdırılmış “Qaz-24” markalı avtomobil müəyyən edilib və müvafiq qaydada protokol tərtib edib. Bu vaxt bir nəfər şəxs polis əməkdaşına yaxınlaşaraq əlindəki bort komputeri alaraq qaçmağa cəhd göstərib. Polis əməkdaşları tərəfindən həmin şəxsdən bort komputer geri alınıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, bort komputeri polis əməkdaşının əlindan alaraq qaçan şəxs rayon məhkəməsində sürücü vəzifəsində çalışan Telman Həsənovdur.
Araşdırmalar davam etdirilir.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət