Slimfit
  1. AZƏRBAYCAN

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən bağırsaq emalı sexi aşkarlandı

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən bağırsaq emalı sexi aşkarlandı
Sakura

Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən bağırsaq emalı sexi aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə Bərdə rayonu, Koroğlu küçəsində fəaliyyət göstərən bağırsaq emalı sexində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilməməsi barədə müraciət daxil olub.

Trend-in məlumatına görə, daxil olan məlumat əsasında AQTA əməkdaşları həmin sexdə monitorinq aparıb və şikayət öz təsdiqini tapıb. Məlum olub ki, müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərir.

Yaşayış və ictimai-iaşə müəssisələrinin yaxınlığında yerləşən sexdə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub.

Sexdə bütün proseslərin bir otaqda həyata keçirildiyi, istifadə olunan xammalın sağlamlığını təsdiq edən sənədlərin olmadığı, burada çalışan işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi aşkar olunub.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.

Agentlik vətəndaşlardan xahiş edir ki, istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli "Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR