Dərc edildi: Baxış sayı: 402
Bərdədə altı uşaq xəstəxanalıq oldu
Bərdə rayonunda altı azyaşlı qidadan zəhərlənib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə iyunun 17-si saat 1 radələrində rayonun Zümürxan kəndində baş verib.
2015-ci il təvəllüdlü A.Paşayeva, onun 6 və 8 yaşlı bacıları, 2 yaşlı qardaşı H.Paşayev, eləcə də onlara qonaq gəlmiş, 2018-ci il təvəllüdlü M.Əhmədova və 2021-ci il təvəllüdlü X.Hüseynli qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Azyaşlılardan H.Paşayev və M.Əhmədovanın vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət