Slimfit
  1. CƏMİYYƏT

Benzin və dizellə işləyən sərnişin avtobusları istismardan çıxarılacaq

Benzin və dizellə işləyən sərnişin avtobusları istismardan çıxarılacaq
Sakura

Benzin və dizellə işləyən sərnişin avtobusları istismardan çıxarılacaq

Paytaxt Bakının ekolojı tarazlığını qorumaq üçün tədbirlər davam etdirilir. Bu məqsədlə yaxın gələcəkdə benzin və dizel mühərrikli avtobusların ölkəyə gətirilməsi və istifadəsi məhdudlaşdırılacaq.

 

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev məlumat verib.

 

O bildirib ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən qərar qəbul edilib.

 

Mais Ağayevin sözlərinə görə, hazırda yeni qərarla bağlı işlər görülür, daşıyıcı şirkətlər qarşısında tələblər qoyulur.

 

Amma sıxılmış qaz və elektrik mühərrikli avtobusların gətirilməsi ilə iş yekunlaşmır. Mais Ağayev qeyd edib ki, nəqliyyat vasitələrinin işlək vəziyyətdə olması üçün infrastruktur da qurulmalıdır.

Benzin və dizel mühərrikli avtobusların taleyini isə gələcək göstərəcək.

Ekspertlər hesab edir ki, onlara qaz avadanlıqları quraşdırıla, yaxud istismar müddəti bitənə qədər istifadə edilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR