Slimfit
  1. İDMAN

Benzema “Real Madrid”i tərk edir – RƏSMİ

Benzema “Real Madrid”i tərk edir – RƏSMİ
Sakura

Benzema “Real Madrid”i tərk edir – RƏSMİ

Fransalı hücumçu Kərim Benzema İspaniya Futbol Çempionatı mövsümünün sonunda "Real Madrid"i tərk edəcək.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bu barədə klubun rəsmi saytı xəbər verib.

“Kərim Benzemanın “Real Madrid”dəki karyerası davranış və peşəkarlıq, eləcə də klubumuzun dəyərlərinə nümunə olub. Kərim Benzema gələcəyinə qərar vermək hüququnu qazanıb.

“Real Madrid” həmişə onun evi olub və olacaq. Komanda ona və bütün ailəsinə həyatının yeni mərhələsində ən yaxşısını arzulayır”, - klubun açıqlamasında deyilir.

Benzemanın ispan komandası ilə müqaviləsi La Liqa mövsümünün sonunda başa çatır.

Fransalı futbolçu "Real Madrid"lə birlikdə 4 dəfə İspaniya çempionu, 3 dəfə Kubokun qalibi və 4 dəfə ölkə Superkubokunun qalibi olub. O, həmçinin beş dəfə Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR