Slimfit
  1. CƏMİYYƏT

Bələdiyyə sədri bu səbəbdən cərimələndi

Bələdiyyə sədri bu səbəbdən cərimələndi
Sakura

Bələdiyyə sədri bu səbəbdən cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Tərtər şəhərində ağacların dibinin betonlanması ilə bağlı daxil olan məlumat yerində araşdırılıb.

Ens.az xəbər verir ki,Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı Tərtər şəhərinin Nizami küçəsində Tərtər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində 17 müxtəlifcinsli ağacın gövdəsinin betonlandığı müəyyən edilib.

Faktla bağlı əraziyə cavabdeh Tərtər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimələnib.

Ağacların dibi nazirliyin əməkdaşlarının nəzarəti altında betondan təmizlənərək suvarılıb.Gələcəkdə ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi göstəriş verilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR