Slimfit
  1. SİYASƏT

Bələdiyyə seçkilərini izləyəcək müşahidəçilərin sayı 40 mini keçib

Bələdiyyə seçkilərini izləyəcək müşahidəçilərin sayı 40 mini keçib
Sakura

Bələdiyyə seçkilərini izləyəcək müşahidəçilərin sayı 40 mini keçib

“Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 40 mini ötüb”.

Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, MSK bələdiyyə seçkilərinə kifayət qədər xarici müşahidəçilər də dəvət edib: “Müşahidiçələrin normal, sərbəst fəaliyyət göstərmələri üçün şərait yaradılıb. Orta hesabla hər bir məntəqəyə 7-ə yaxın müşahidəçi düşür. Bu, dünya miqyasında böyük göstəricidir. Bundan əlavə, məntəqələrin 20 faizinə qədərində veb-kameralar quraşdırılıb. Məntəqələr veb-kameralarda elə seçilib ki, bütün ölkə ərazisini əhatə edəcək. Hesab edirəm ki, bu da Azərbaycan praktikasıdır və bu təcrübədən dünyanın bir neçə ölkəsi istifadə edir".

Qeyd edək ki, bələdiyyə seçkilərində müşahidəçilərin qeydiyyatı prosesi dekabrın 13-də başa çatacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR