Dərc edildi: Baxış sayı: 514
"Belavia" Rusiyaya uçuşların məhdudiyyətini yenidən uzadıb
Belarusun "Belavia" şirkəti Rusiyaya uçuşların məhdudiyyətini yenidən uzadıb.
"APA-Economics"in RBK-ya istinadən verdiyi məlumata görə, Rusiya tərəfinin icazəsi olmadığına görə "Belavia" sentyabrın 14-dək Rusiyaya uçmayacaq.
Aviaşirkətin təyyarələri 24 oktyabr tarixinədək Voronej, Kazan və Nijni Novqoroda uçmayacaq. "Belavia" koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyət fonunda bir sıra ölkəyə uçuşları məhdudlaşdırıb. Rusiya ilə yanaşı Latviya (Riqa) və Yunanıstan (Larnaka), həmçinin sentyabrın 1-dən Türkmənistan (Aşqabad), sentyabrın 30-dək isə Gürcüstandakı bütün məntəqələrə uçuşların dayandırılmasını uzadıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət