Belarusa bu tarixdə sanksiya tətbiq olunacaq - Lukaşenkonun adı siyahıda yoxdur
Avropa Birliyi gələn həftə Belarusa qarşı sanksiyalar barədə razılığa gələcək. Ancaq ölkə prezidenti Aleksandr Lukaşenko, ehtimal ki, sanksiyalar siyahısında olmayacaq.
Ens.az Konkret.Az-a istinadən xəbər verir ki, bu barədə 25 avqust çərşənbə axşamı jurnalist Rikard Jozviak “Twitter”də açıqlama yayıb.
Onun sözlərinə görə, hazırda Lukaşenkonun adı siyahıda olmasa da, vəziyyət yenə də dəyişə bilər.
“AB-nin Belarusa qarşı sanksiyaları razılaşdırılmalı və gələn həftə hazır olmalıdır. Görünür, Lukaşenko siyahıda olmayacaq, amma bu, yenə də dəyişə bilər” deyə yazıb.
Bundan əvvəl Avropa Şurasının rəhbərinin bir neçə gündür Lukaşenko ilə əlaqə qura bilmədiyi deyilib.
Lukaşenkonun sərhəddəki “gərginlik” səbəbiylə qoşunları hazır vəziyyətə gətirdiyi də bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət