Slimfit
  1. DÜNYA

Belarus Prezidenti: “Artıq koronavirus siyasətə çevrilib”

Belarus Prezidenti: “Artıq koronavirus siyasətə çevrilib”
Sakura

Belarus Prezidenti: “Artıq koronavirus siyasətə çevrilib”

"Digər ölkələrlə müqayisədə Belarus kənardan tənqid üçün bir fürsət olan koronavirus pandemiyası ilə mübarizədə daha hazırlıqlı oldu".

Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenko hesab edir ki, artıq koronavirus siyasətə çevrilib: "Hamı Belarusu, Lukaşenkonu dişləməyə çalışır. Buna görə təəccüblənməyin. Bütün bunlar ona görədir ki, biz sistemi xilas etdik və qaydasına saldıq. Beləliklə, biz bu infeksiyaya daha çox hazır olduq. Ancaq səbəb yalnız bu deyil".

Belarus Prezidenti, həmçinin koronavirusdan və digər infeksiyalardan, ürək-damar xəstəlikləri, onkologiya, diabetə nisbətən daha az insanın öldüyünü qeyd edib:

"Dünyadakı hər kəs, xüsusən də Rusiyada məni lağa qoyurlar, sanki danışılacaq başqa heç nə yoxdur. Deyirlər ki, Lukaşenko Belarusda heç kimin koronavirusdan ölmədiyini bildirir. Bir daha deyirəm, insanlar xroniki xəstəliklərdən ölür və virus zəif immuniteti olanları haqlayır. Mənim düşüncəm bundan ibarətdir".

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR