Slimfit
  1. İDMAN

Belarus Güləş Federasiyasının azərbaycanlı rəhbəri: Düşünürdim ki, Minskdəki açılış pis olacaq

Belarus Güləş Federasiyasının azərbaycanlı rəhbəri: Düşünürdim ki, Minskdəki açılış pis olacaq
Sakura

Belarus Güləş Federasiyasının azərbaycanlı rəhbəri: Düşünürdim ki, Minskdəki açılış pis olacaq

 

Belarus Güləş Federasiyasının azərbaycanlı prezidenti, Olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Kamandar Məcidov II Avropa Oyunları üçün Bakıdan ezam olunmuş jurnalistlərə müsahibə verib.

O, Oxu.Az-ın da suallarını cavablandırıb.

- II Avropa Oyunlarının, o cümlədən, güləş yarışının gedişini necə dəyərləndirirsiniz?

- Gördüyünüz kimi, güləş zalının şəraiti yaxşıdır. Kimin çempion olub-olmayacağı döşəkdə dəqiqləşəcək. Düşünürəm ki, Azərbaycan millisi Rusiyadan sonra ikinci ən güclü komandadır. Sabiq SSRİ ölkələrinin güləşçiləri həmişə fərqlənib. Azərbaycan yığmasının üzvləri ilk gündə 4 medal şansı qazanıblar. Onlara uğurlar arzulayıram.

- I Avropa Oyunlarında da iştirak etmişdiniz. Minskdəki yarışla Bakıda keçirilən turnir arasında hansı fərqləri görürsünüz?

- Hər ölkə özünü yaxşı tərəfdən göstərmək istəyir. I Avropa Oyunları çox yaxşı təşkil edilmişdi. Belarusda da inkişaf gedir. Turist sayı baxımından da irəliləyiş hiss olunur.

- Bəs təşkilatçılıq baxımdan hansı fərqlər var?

- Bakıda yeni idman obyektləri inşa olunmuşdu. Burada da bəzi şeylərdə yeniliklər edildi. Şəhər gözəlləşdirilib. Ümumiyyətlə, Minsk gözəldir. Əvvəl elə bildik ki, təşkilatçılıq asan olacaq. Amma işin içində olduqca görürsən ki, çətin məqamlar da olur. Bütün işləri təxminən iki ilə sığışdırdıq. Avropa Oyunlarının açılışı gec olsa da, mərasim çox yüksək səviyyədə baş tutdu. Mən çox yerlərdə, çox açılışlarda olmuşam. Fikirləşirdim ki, Minskdəki pis olacaq. Amma əla alındı. 

- Sizcə, Avropa Oyunları ideyası özünü nə dərəcədə doğruldur?

- Beynəlxalq Olimpiya Komitəsi Avropa Olimpiya Komitələrini, onların gördüyü işləri sanki görmək istəmir. Məsələn, Asiya Oyunları həmişə olub. Panamerika, Afrika Oyunları da həmçinin. III Avropa Oyunlarının Polşada keçiriləcəyi rəsmiləşsə də, ona dırnaqarası baxırlar. Çünki bəzi zəngin ölkələr Avropa Oyunlarını keçirmək istəmirlər.

Bu yarışın qəbul edilməsi üçün zamana ehtiyac var. Avropanın bir az buna öyrəşməsi lazımdır. Onlar bir az ağır hərəkət edəndir. Amma burada hamı bir-birinə dəstək olur, əl tuturdu. Bu cəhətdən çox yaxşı işlədik. Ölkə Prezidenti Aleksandr Lukaşenko tapşırıq vermişdi, nazirliklər də onun icrası ilə məşğul idilər.

- Belarus Güləş Federasiyasının prezidentisiniz. Burada güləşin durumu nə yerdədir?

- Belarus əsilli Aleksandr Medved sərbəst güləşdə üçqat Olimpiya çempionudur. Hazırda 81 yaşı olmasına baxmayaraq, yenə də bizimlədir. Yarışları da izləyir. Qadınlardan ibarət millimiz də güclənib. Yunan-Roma güləşində isə inkişaf gedir.

- Azərbaycan güləşini də diqqətdə saxlayırsınızmı?

- Daim diqqətdə saxlayıram. Hansı idmançımızın kimlə güləşəcəyini bilirəm. Azərbaycan güləşi də sovet məktəbinin tərkib hissəsidir.

- Müəyyən müddət Belarus yığmasının baş məşqçisi idiniz. Federasiya prezidenti olmağınız necə rəsmiləşdi?

- 20 ilə yaxındır yunan-Roma millisinin baş məşqçisi oldum. Daha sonra mənə federasiyanın prezidenti olmaq təklif edildi. Mən də düşündüm ki, görək, prezident olmağı bacarıram, ya yox. Gördüm ki, bacarıram (gülür).

- Adətən, federasiya rəhbərləri imkanlı şəxslər olur...

- Burada federasiyalara hökumət köməklik edir. Bundan başqa, əlavə sponsorumuz var.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR