Dərc edildi: Baxış sayı: 708
Belarus Ermənistana görə Azərbaycanla münasibətləri yenidən nəzərdən keçirməyəcək
"Bu, ilk növbədə, Bakı və Minskin bütün sahələrdə əlaqələrin inkişafında strateji maraqlara sahib olması, eləcə də Aleksandr Lukaşenko ilə İlham Əliyev arasında dərin şəxsi əlaqələrlə bağlıdır".
Ordu.az Strateji və Xarici Siyasət Araşdırmalar Mərkəzinin Rusiya Tədqiqatlar Proqramının (Minsk) rəhbəri, belaruslu siyasi analitik Yuri Tsariklə müsahibəni təqdim edir:
- Belarus Prezidenti Aleksandr Lukaşenko NATO ilə qarşılıqlı münasibətlərin qurulmasına hazır olduğunu və hətta İttifaqa düşmən kimi baxmamağa çağırdı. Bu, Minsk tərəfindən xarici siyasətinin tədricən yenidən nəzərdən keçirilməsi anlamına gəlirmi?
- Bir tərəfdən, bu 10 il əvvəlki ilə müqayisədə, Minskin NATO-ya münasibətdə qiymətləndirməsində yüngül bir dəyişiklikdir. Digər tərəfdən isə qiymətləndirmənin dəyişməsinin olduqca uzun müddət davam edən bir proses olduğunu da başa düşmək lazımdır. Yəni, bunun Minskin Belarus-Rusiya münasibətlərindəki bəzi çətinliklərə reaksiyası olduğunu demək də olmaz. Xeyr, bu artıq neçə ildir davam edən uzun bir prosesdir. Doğrudur, Ukraynada münaqişənin başlamasından sonra proses daha da fəallaşıb.
Bu prosesin mahiyyəti ondan ibarətdir ki, Belarus təhlükəsizlik kontekstində NATO-nun qiymətləndirilməsinində daha obyektivdir və bununla daha az məşğuldur. Bu yanaşmanın nəticəsi ondan ibarətdir ki, Belarusun bütün səviyyədə vəzifəli şəxsləri, NATO-nun Belarusun təhlükəsizliyinə təhlükə yaratmadığını bəyan edirlər. Bəli, Polşanın ərazisində əlavə qoşunların yerləşdirilməsi və OYMR müqaviləsinin ləğv edilməsi ilə bağlı bəzi nüanslar mövcuddur, lakin bütövlükdə NATO bizim ölkəmizə hərbi təhdid yaratmır.
- Eyni zamanda, Aleksandr Lukaşenko, Avropada yeni ABŞ raketləri ortaya çıxarsa, Belarusun Rusiya ilə birlikdə cavab tədbirləri üçün çalışmağa hazır olduğunu bildirib. Yəni, bütün bunlara baxmayaraq, Belarus hələ postsovet məkanında Rusiyanın əsas müttəfiqi olaraq qalır?
- Əlbəttə ki, NATO ilə bağlı qiymətləndirmələrin nəzərdən keçirilməsi ilk növbədə NATO ilə yaxınlaşmaq və Belarusun Alyansın strukturlarına daxil olması istəyi anlamına gəlmir, ikincisi isə bu Rusiya ilə, xüsusilə də İttifaq Dövlətində və KTMT-də iştirakı çərçivəsində Minskin öhdəliklərini pozacağı anlamına gəlmir.
Belarus bu ittifaqlarda iştirak məsəsələrinə çox həssas yanaşır və öz müttəfiq vəzifələrini yerinə yetirir, eyni zamanda onu əhatə edən bütün tərəfdaşlarla əlaqələrini inkişaf etdirir. Xatırladaq ki, Belarus ilə qonşu olan üç dövlət - Polşa, Litva və Latviya - NATO üzvləridir.
- Martın 5-də Lukaşenko Ermənistanın Stanislav Zasın namizədliyini KTMT Baş katibi kimi qəbul etmədiklərinə görə "KTMT-də qeyri-sağlam vəziyyətindən" narazı olduğunu bildirib. Ümumiyyətlə, KTMT Baş katibinin seçilməsi məsələsində Ermənistanın mövqeyinin KTMT-nin bütün fəliyyətini iflic etdiyini demək olarmı?
- Bir tərəfdən, KTMT Baş katibinin seçilməsi məsələsinin ətrafında olan bütün söz-söhbətlər çox cansıxıcıdır və çoxlarını qıcıqlandırır. Bundan başqa, bütün KTMT-yə üzv ölkələr arasında Ermənistan nümayəndəsi olan əvvəlki Baş katib ilə bağlı da narazılıqlar mövcud idi.
Digər tərəfdən, Baş katibin olmaması səbəbindən bu təşkilatın fəaliyyətinin iflic olduğunu deməzdim. İndi KTMT Baş katibinin vəzifələri Rusiyanın nümayəndəsi tərəfindən yerinə yetirilir və Xaçaturovun Baş katiblik müddəti başa çatana qədər onları icra edəcək.
Bu mənada mən anlayıram ki, Belarus artıq onun nümayəndəsi olan Stanislav Zasın müddətdən əvvəl KTMT rəhbəri vəzifəsinin icrasına başlaya bilməyəcəyi ilə barışıb. Bundan əlavə, mənim fikrimcə, Stanislav Zas 2019 və 2020-ci illərdə ölkəmizdə keçiriləcək iki böyük seçki kampaniyası dövründə də Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi vəzifəsində qalacaq.
- Ermənistan tez-tez Belarusu Azərbaycanla sıx hərbi-texniki əməkdaşlığına görə tənqid edir. Bu tənqidə Belarusda münasibət necədir? Bu Azərbaycan-Belarus münasibətlərinə təsir edə bilərmi?
- Belarus bütün bunlara nəzakətlə reaksiya verir. Hər kəs, əlbəttə ki, erməni tərəfinin narahatlığını anlayır, lakin İrəvanın reaksiyasının Belarus-Azərbaycan münasibətlərinə heç bir təsiri yoxdur və gələcəkdə də olmayacaq. Bu, ilk növbədə, Bakı və Minskin bütün sahələrdə əlaqələrin inkişafında strateji maraqlara sahib olması, eləcə də Aleksandr Lukaşenko ilə İlham Əliyev arasında dərin şəxsi əlaqələrlə bağlıdır. Buna görə də, bəli, bəzən erməni tərəfinin ritorikası olduqca sərt olur, lakin Belarus bu vəziyyətə sakit şəkildə reaksiya verir və bu, Azərbaycanla münasibətləri nəzərdən keçirmək üçün səbəb ola bilməz.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət