Dərc edildi: Baxış sayı: 441
Belarus Azərbaycanda iri dərman zavodu tikəcək
Azərbaycanda Belarus investisiyaları ilə iri əczaçılıq müəssisəsi tikiləcək.
Modern.az xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib.
Səfirin sözlərinə görə, bu müəssisə Azərbaycan bazarını ən müasir, yüksək texnologiyalı tibbi preparatlarla təmin edəcək. O əlavə edib ki, söhbət ilk növbədə onkoloji preparatların istehsalından gedir.
G.Axramoviç bildirib ki, müəssisədə istehsal olunacaq məhsulların üçüncü ölkələrə ixracı da təşkil oluna bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət