Slimfit
  1. AVTO VƏ MOTO

BELARUS AVTOMOBİL ZAVODU (BelAZ)

BELARUS AVTOMOBİL ZAVODU (BelAZ)
Sakura

BELARUS AVTOMOBİL ZAVODU (BelAZ) HAQQINDA

Belarus Avtomobil Zavodu (BelAZ) - Belarusiyada yerləşən dağ- mədən(karyer) texnikasının istehsalı üzrə bir şirkətdir. Şirkət dağ-mədən işləri üzrə texnika, yeraltı işlər üçün, buldozerlər, yükləyicilər və aerodrom dartıcıları istehsal edir.
BelAZ ixrac yönümlü müəssisədir: məhsulların 65% -dən çoxu Rusiyada satılır. Dağ-mədən texnikası istehsalı üzrə yeddi aparıcı qlobal konsernlərdən biridir.
 
YARANMA TARİXİ
 
1947-ci ildə Minsk altında torf maşınqayırma zavodunun, Jodino şəhərinin yaxınlığında tikinti başlamışdır. Gələcək on illikdə zavodun əsas məhsulları: kol kəsiciləri, çəkilmiş yol silindrləri, qar təmizləyicilər, qar yükləyiciləri və suvarma-yuyucu maşınları idi. 1950-ci illərin ikinci yarısında zavodun ixtisaslaşması dəyişdirildi. 1958-ci ildə, Minsk avtozavodundan Jodino şəhərinə 25 tonluq MAZ-525 dəmir yük maşınının(samosval) istehsalı ötürülmüşdür. Daha sonra müəssisə Belarusiya avtomobil zavodu (BelAZ) adlandırıldı.
 
1961-ci ildə Elmi avtotraktor institutunun(EATİ) rəssam-kontruktoru V. Kobilinskinin köməkliyi ilə zavod tərəfindən ilk müstəqil şəkildə hazırlanmış model - 27 tonluq "BelAZ-540"oldu. Sınaqlardan sonra 1965-ci ildə BelAZ-540A markası altında samosval istehsal olundu, iki il sonra isə 40 tonluq BelAZ-548A yük maşını ona qoşuldu. 1968-ci ildə Jodina zavodu ağır biroxlu BelAZ-531 dartıcısının istehsalını həyata keçirdi.
 
Belarus SSR-nin 50 illiyi ərəfəsində, 1968-ci ilin dekabr ayında, avtomobil zavodu, əvvəlki elektro-mexaniki transmissiya modellərindən fərqli olan, yükgötürmə qabiliyyəti 75 ton olan BelAZ-549 (1976-cı il istehsalı) ilk dağ-mədən samosvalının sınaq nümunəsini təqdim etdi.
 
1970-ci illərin əvvəllərində zavod BelAZ-540A və BelAZ-548A samosvalları bazasında kömür daşıyıcılarının istehsalını həyata keçirdi. Həmçinin qaz turbini güc qurğusu ilə təchiz olunmuş təcrübəli avtoqatar samosvalını inşa etmişdir.
 
1977-ci ilin noyabr ayında, Oktyabr sosialist inqilabının 60 illik yubileyi münasibəti ilə yeni 110 ton yükgötürmə qabiliyyətli BelAZ-7519 təqdim olundu.
 
1979-cu ilin iyul ayında Minskin alman-faşist işğalçılarından qurtuluşunun 35-ci ildönümü ərəfəsində 180 ton yükgötürmə qabiliyyətli BelAZ-7521 nəhəng-samosvalı inşa edilmişdir.
 
1970-ci illərin sonlarında zavod ümumi çəkisi 100 (BelAZ-6411) və 200 (BelAZ-7421) ton olan təyyarənin dartılması üçün ixtisaslaşdırılmış aerodrom dartıcılarını inşa etmişdir.
 
1986-cı ilə qədər zavod, dünya istehsalının yarısını təşkil edən, illik 6 min ədəd dağ-mədən və yük texnikasını istehsal edə bilərdi.
 
1990-cı ildə "BelAZ" müəssisənin demək olar ki, 35 illik tarixində 280 tonluq yükgötürmə qabiliyyətinə malik olan "BelAZ-7550" ən böyük həcmili samosvalını təqdim etdi.
 
"BELAZ-HOLDİNQ" holdinqinin tərkibinə "Kuzlitmaş" ASC, Moqilev vaqontikinti zavodu, Starodorojsk mexanika zavodu, Moqilev avtomobil zavodu kimi müəssisələr daxildir.
 
Müəssisənin tarixi boyu burada 130 min ədəddən çox dağ-mədən tenikası istehsal edilmişdir - bu əsas rəqibi olan Caterpillar şirkətindən çoxdur. BelAZlar - Sovet İttifaqı və MDB ərazisində ən böyük avtomobillərdir. Bundan əlavə, Belarus zavodunun texnikası dünyanın təxminən 50 ölkəsində fəaliyyət göstərir.
 
MÜASİR VƏZİYYƏTİ
 
25 sentyabr 2013-cü ildə Belarusiya avtomobil zavodu dünyanın ən böyük samosvalını - "BelAZ-75710"-u təqdim etdi. Nəqliyyat vasitəsinin yükgötürmə qabiliyyəti 450 tondur. Yeni yük maşınının ümumi kütləsi 810 tondur, maksimum sürəti 64 km/saatdır. Avtomobil iki dizel mühərriklə təchiz edilib. Təkərlər xüsusi sifarişlə Bridgestone tərəfindən hazırlanmışdır.
 
2018-ci ildə BelAZ xüsusi iri yükgötürmə (90 ton və daha çox) qabiliyyətli 802 dağ -mədən samosvalı istehsal edib, bu müəssisənin bütün tarixində bir rekorddur. İxracat 30,3% artaraq 990,8 milyon dollara çatıb. Məhsulların əsas payı Rusiyaya (58,4%) və MDB ölkələrinə (27,5%) çatdırılırdı.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR