Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Bəhruz Mənsurov Qəhrəman oğlu

Bəhruz Mənsurov Qəhrəman oğlu
Sakura

DOĞUM TARİXİ: 13/03/1975 VƏFAT TARİXİ: 16/03/1995

13 mart 1975-ci ildə Yardımlı rayonunun Telavar kəndində dünyaya göz açmışdır. Orta təhsilini doğma kəndində almışdır. Bəhruz dərslərinə səylə çalışır, müəllimlərin verdiyi tapşırıqları həvəslə yerinə yetirirdi. Məktəblərarası keçirilən olimpiadalarda, müsabiqələrdə həmişə fərqlənirdi. Arzusu ədəbiyyatçı olmaq idi. Lakin torpaqlarımızın işğalı, soydaşlarımızın öz yurd-yuvalarından didərgin salınması onu bu fikrindən daşındırdı. O, sənədlərini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə təqdim etdi. Müsabiqə imtahanlarını müvəffəqiyyətlə verərək, sərhəd qoşunları fakültəsinə daxil oldu. O, böyük ümidlərlə, arzularla gələcəyə addımlayırdı. Lakin...

1995-ci il... Martın 16-sı... Başı bəlalar çəkmiş, müsibətlər görmüş Azərbaycan yenə təhlükə qarşısında idi. Hakimiyyət iddiası ilə yanıb-qovrulan bir ovuc vəzifəpərəstin başçılıq etdiyi silahlı dəstə, qurbanlar bahasına qazandığımız müstəqilliyimizə, suverenliyimizə zərbə vurmaq istəyirdi. Ölkə vətəndaş müharibəsi təhlükəsini yaşayırdı. Milli Ordumuzun əsgərləri bu təhlükəni müvəffəqiyyətlə sovuşdurdu. Ayağa qaldırılan Milli Ordumuzun əsgərləri və hərbi məktəbin kursantları arasında 20 yaşlı Bəhruz da öz vətənpərvərlik borcunu yerinə yetirirdi. Onların qarşısında suverenliyimizə zərbə vurmaq istəyən silahlı dəstəni zərərsizləşdirmək vəzifəsi qoyulmuşdu. Bəhruz bu vəzifəni yerinə yetirərkən namərd gülləsindən ağır yaralandı. Çoxlu qan itirdiyindən, onu xilas etmək mümkün olmadı.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Bəhruz Qəhrəman oğlu Mənsurova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Yardımlı rayonunun Telavar kəndində dəfn edilmişdir.

 Oxuduğu orta məktəb onun adını daşıyır.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR