Slimfit
  1. CƏMİYYƏT

Bəhram Bağırzadənin həyat yoldaşı: “Həkimlər hələlik heç nə demir, gözləməyimizi istəyirlər”

Bəhram Bağırzadənin həyat yoldaşı: “Həkimlər hələlik heç nə demir, gözləməyimizi istəyirlər”
Sakura

Bəhram Bağırzadənin həyat yoldaşı: “Həkimlər hələlik heç nə demir, gözləməyimizi istəyirlər”

“Hələlik heç bir xəbər yoxdur, Bəhram reanimasiyadadır. Vəziyyəti ağırdır, EKMO aparatına qoşulub”.

Bu barədə Media.az-a Əməkdar artistin həyat yoldaşı Şəhla Bağırzadə danışıb.

Onun sözlərinə görə, həkimlər hələlik heç nə demirlər, gözləməyi məsləhət görüblər:

 

“Biz hamımız bir qədər gözləməliyik”, - deyə Ş.Bağırzadə çağırış edib.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadə 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi müəyyənləşib. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Saturasiyanın gün ərzində 50 faizi həddində qalması ilə əlaqədar xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR