Behbudovun ölümü: Qorbaçova verilən məşhur kaset - Axar TV
2018.02.20, 07:00
Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudovun ailəsində anadan olub. Uşaq yaşlarından məktəb xorunda oxuyub və buradakı ifası böyük maraqla qarşılanıb.
Sənətkarın “Sevgilim”, “Alagöz”, “Bahar sənsiz”, “Əziz dost”, “Sənə də qalmaz”, “Gözəlim sənsən”kimi mahnıları indi də dinlənilir.Rəşid müəllim təkcə ifaçı kimi yox, aktyor kimi də uğur qazanmışdı.O, 1943-cü ildə Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində Əsgər rolunu canlandırır.Bu roluna görə 1946-cı ildə “Stalin mükafatı” ilə təltif olunur.1949-cu ildə isə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir.
Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çin, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və başqa ölkələrdə geniş repertuarla çıxış edən Rәşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rol oynayıb. O dünyanın bir çox məşhur sənətçisi ilə yaxından dostluq edirdi. Onlardan biri də Hindistanın əfsanəvi aktyoru Rac Kapur idi. Bəzi mənbələrdə hətta Rac Kapurun Rəşid bəyə olan sevgi və hörmətini göstərmək üçün onun əlini öpdüyü də yazılır.
Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət