Dərc edildi: Baxış sayı: 543
BƏƏ səmasında sirli `dəlik` hər kəsi qorxutdu
Əl-Eyn səmasında buludların ortasında ideal dairəvi şəkildə dəlik görünüb. FaktXeber.com-un verdiyi məlumata görə, kadrları BƏƏ sakini İbrahim əl-Carvan özünün Tvitter səhifəsində paylaşıb. Hadisə martın 17-də müşahidə olunub.
Hadisə şahidləri və videonu görən istifadəçilər bu görüntülərdən qorxuya düşərək, qeyri-adi təbiət hadisəsini yadplanetlərlə əlaqələndiriblər.
Qeyd edək ki, buludlar arasında fallstreak hole adını alan belə dəliklər əslində dünyanın bir çox yerində müşahidə olunur. Əsasən buludda donmağa imkan tapmamış suyun temperaturu sıfırdan aşağı olanda baş verir: təzyiqin sərt düşməsi ilə daxildə əvvəlcə buz kristalları yaranır, bundan sonra domino effekti ilə su buxarlanır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət