Dərc edildi: Baxış sayı: 670
BƏƏ-nin dəstəklədiyi əsgərlər etirazçıları güllələdi
BƏƏ-nin dəstəklədiyi hərbi birləşmələr Yəmənin Taiz şəhərində aksiya iştirakçılarına atəş açıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, hadisə zamanı 11 nəfər xəsarət alıb. Əsgərlər hadisələri lentə alan jurnalistin telefonunu da sındırıb.
Qeyd edək ki, Yəmən Prezidenti Mənsur Hadi BƏƏ-yə yaxınlığı ilə tanınan 35-ci briqada komandiri Adnan əl-Həmadinin əvəzinə Əbdürrəhman əş-Şəmsanini vəzifəyə təyin edib. Prezidentin bu qərarına qarşı çıxan BƏƏ-nin dəstəklədiyi hərbçilər qərargahları təhvil vermək tələbini rədd edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət