Slimfit
  1. İDMAN

Bədii gimnastika üzrə AÇ-nin A qrupunda yarışlar başa çatıb

Bədii gimnastika üzrə AÇ-nin A qrupunda yarışlar başa çatıb
Sakura

Bədii gimnastika üzrə AÇ-nin A qrupunda yarışlar başa çatıb

Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, gimnastlar fərdi yarışlarda halqa və top ilə hərəkətlərdə mübarizə aparırlar. Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis təmsil edir.

Fərdi proqramda A qrupunda yarışlara yekun vurulub. Hər iki proqramda bolqarıstanlı Boryana Kaleyn fərqlənib.

Qeyd edək ki, çempionatın birinci günündə gənclərdən ibarət qrup hərəkətləri komandaları çoxnövçülükdə - beş halqa ilə çıxış ediblər. Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası yarışların finalına yüksəlib. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət milli komandamız hakimlərdən 21,650 xal alaraq beşinci olub.

Çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Dörd gün davam edəcək çempionata 35 ölkənin gimnastları qatılıblar.

Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR