Slimfit
  1. MARAQLI

Bədən saatı alimləri Nobel mükafatı qazanıblar

Bədən saatı alimləri Nobel mükafatı qazanıblar
Sakura

Bədənimizin zaman müəyyənləşdirmə qabiliyyətini aşkar edən üç alim, 2017-ci ilin fiziologiya və ya tibb…

Bədən saatı - və ya sirkadian ritmi - gecə yatmaq istəyimizin səbəbkarıdır. Amma bu, həm də davranışımız və bədənimizin fəaliyyətində də böyük rol oynayır.

Mükafatı ABŞ alimləri Jeffrey Hall, Michael Rosbash Michael Young bölüşəcəklər.

Nobel mükafatı komitəsi bildirib ki, onların əldə etdiyi nəticələrin "sağlamlığımız və rifahımıza böyük təsiri var".

Saat, insan bədəninin demək olar ki, bütün hüceyrələrində, eləcə də bitkilər, heyvanlar və hətta, göbələklərdə işləyir.

Bizim əhvalımız, hormon səviyyəsi, bədən temperaturu və metabolizmimiz də daxil olmaqlar hər şey gündəlik ritmə uyğun dəyişir.

Hətta hər səhər bədənimiz mühərrikini işə saldıqda, ürək tutması riski də artır.

Bədən saatı, orqanizmimiz gündüz və gecə ilə üst-üstə düşsün deyə bədənimizi son dərəcə dəqiq şəkildə idarə edir.

Bir neçə saat qurşağı keçərək tamamlanan səyahətin sonunda hiss etdiyimiz yorğunluğa səbəb, bədənimizin ətraf ilə uzlaşa bilməməsidir.

Qısa müddətlik belə olsa, bədən saatının korlanması yaddaşın yaranmasına təsir göstərir. Bununla yanaşı, diabetin iki növü, xərçəng və ürək xəstəlikləri daxil olmaqla daha pis nəticələrə yol aça bilər.

"Həmin sistemi korlamaqla, metabolizmimizə böyük ziyan vermiş oluruq," Oxford Universitetindən bədən saatı alimi professor Russel Foster deyir.

O, BBC-ə söyləyib ki, ABŞ-lı üçlüyün mükafatı qazanmasına görə "şaddır," çünki sistemin necə işlədiyini ilk onlar aşkar edə biliblər.

"Onlar bizə, heyvanlar aləmində molekul saatlarının quruluşunu göstəriblər," o əlavə edib.

Jeffrey Hall, Michael Rosbash və Michael Young ən yüksək elmi mükafatı əldə ediblər

 

Üçlük meyvə milçəkləri üzərində araşdırmadan sonra, bu mühüm nəticəni əldə ediblər. Lakin onların əldə etdiyi nəticə "molekulyar bildiriş siklinin" bütün heyvanlarda eyni işlədiyini izah edir.

Jeffrey Hall Michael Rosbash, DNT-dən dövr geni adlanan hissəni ayıraraq sirkadian ritmini pozublar.

Dövr geninin tərkibində PER adlı protein yaradan təlimatlar var. PER səviyyəsi artdıqca o, öz genetik təlimatlarını söndürür.

Nəticədə, 24 saatlıq sikl ərzində PER proteinin səviyyəsi oynayır - gecə ərzində qalxır və gündüz ərzində düşür.

Michael Young isə zamansız və ikiqat zaman adlı genləri aşkarlayıb. Onların hər ikisi PER-in sabitliliyinə təsir göstərir.

Əgər PER sabitdirsə, saat daha asta işləyir. Yox əgər sabit deyilsə, sürətlə işləyir. PER-in stabilliyindən asılı olaraq bəzilərimiz sübh xoruzu, bəzilərimiz isə gecəquşuyuq.

Onlar birlikdə milçəyin hüceyrələrinin içindəki molekulyar saatın işini aşkar ediblər.

Molekulyar Biologiyanın MRC Laboratoriyasında sirkadian zamanı tədqiq edən doktor Michael Hastings BBC-ə deyib: "Meyvə milçəyi üzərindəki işdən öncə genetik mexanizmdən agah deyildik. Bədən saatlarına astrologiya ilə paralel bir qara qutu kimi yanaşılırdı."

O bildirib ki, mükafat "mükəmməl" qərardır.

"Bizim bir neçə saat qurşağı boyu səyahət etdikdən sonra, qısa müddət hiss etdiyimiz narahatçılıq, ictimai səhiyyə problemi kimi dövri növbəli işlərdə özünü büruzə verir," doktor Hastings əlavə edib.

Əvvəlki qaliblər

2016 - Yoshinori Ohsumi, tullantıların təkrar emalının hüceyrələri sağlam saxladığını aşkar etdiyinə görə

2015 - William C Campbell, Satoshi OmuraYouyou Yu, anti-parazit dərman kəşf etdiklərinə görə

2014 - John O'Keefe, May-Britt MoserEdvard Moser, beyinin naviqasiya sistemini aşkarladıqlarına görə

2013 - James Rothman, Randy Schekman və Thomas Sudhof, hüceyrələrin materialı dəqiqliklə nəql etmə funksiyasını aşkar etdiklərinə görə

2012 - Kök hüceyrələri tədqiqatının iki pioneri - John Gurdon Shinya Yamanaka, yetkinlik hüceyrələrini kök hüceyrələrinə dəyişdiklərinə görə

2011 - Bruce Beutler, Jules Hoffman Ralph Steinman, bədənin infeksiya ilə mübarizəsi anlayışını üzə çıxradıqlarına görə

2010 - Robert Edwards, IVF fertizilasiya müalicəsini tətbiq etdiyinə görə. O, 1978-ci ildə "ilk boru körpəsinin" dünyaya gəlməsinə səbəb olub

2009 - Elizabeth Blackburn, Carol Greider Jack Szostak, xromosomların ucunda yerləşən telomerləri aşkar etdiklərinə görə

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR