Slimfit
  1. İQTİSADİYYAT

Bədbin proqnoz: Məhsulların qiyməti ARTACAQ

Bədbin proqnoz: Məhsulların qiyməti ARTACAQ
Sakura

Bədbin proqnoz: Məhsulların qiyməti ARTACAQ

“Əksər kənd təsərrüfatı məhsullarının mövsümü artıq başa çatıb. Hazırda çox az meyvə və bəzi tərəvəzlərin mövsümü davam edir. Bu məhsulları çıxmaq şərti ilə qalan bütün ərzaq məhsullarının qiymətləri yaxın zamanda qalxacaq”.

Ens.Az-ın məlumatına əsasən,bunu Bizim.media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki, qiymət artımı təkcə mövsümlə bağlı deyil:

“Bu məsələdə xarici faktor da xüsusi rol oynayır. Məsələn, artıq üçüncü həftədir ki, dünya bazarında ərzaqlıq buğdanın qiyməti artır. Bu da səbəbsiz deyil. Bu mövsümdə Rusiyada əvvəlki illə müqayisədə 15 milyon ton az taxıl istehsal olunub. Rusiyada taxıl istehsalı ötən il 150 milyon ton idisə, bu il cəmi 135 milyon ton taxıl tədarük edilib. Bunun da 95 milyon tonu ərzaqlıq buğdadır.

Yəqin ki, bunun yarısı ixrac olunacaq. Biz də ərzaqlıq buğdanı əsasən Rusiyadan alırıq. Rusiyada istehsalın azalması o deməkdir ki, aldığımız buğdanın qiyməti artacaq. Bu da öz növbəsində unun və çörəyin qiymətinə təsir edəcək. Yəni unun, ola bilsin ki, çörəyin də qiyməti qalxacaq”.

Hansı məhsullar bahalaşacaq?

Akif Nəsirli onu da qeyd edib ki, yaxın günlərdə soğan-kartof və digər zəruri tərəvəz məhsullarının qiymətində artım görünəcək:

“Ümumiyyətlə, dünya bazarında ərzaq məhsullarının bahalaşması meyilləri müşahidə edilir. Bu da onu deməyə əsas verir ki, idxal olunan bir sıra ərzaq məhsulları bahalaşacaq. Yəni yerli məhsullar mövsüm bitdiyinə görə, idxal edilən məhsullar isə dünyada baş verən qiymət artımına görə bahalaşacaq. 

Əsas qida məhsulu olan heyvan ətinin qiyməti də yeni ilə qədər artmaqda davam edəcək. Bu da yerli istehsalın azalması ilə bağlı məsələdir. Çox təəssüf ki, ilbəil heyvandarlıqda istehsal tempi aşağı düşür”. 

Müsahib bəzi məhsulların qiymətinin enəcəyinin, bəzilərininsə sabit qalacağının anonsunu verib:

“Yalnız “ikinci  çörək” hesab edilən düyü gələn həftədən etibarən ucuzlaşacaq. Bu da əsas düyü ixracatçısı olan Hindistanın ixraca qoyduğu embarqonun qaldırılması ilə bağlıdır. Quş əti və yumurtanın da qiymətinin stabil qalma ehtimalı böyükdür. Çünki bu sahədə tələbat əsasən yerli istehsal hesabına ödənilir. Ona görə də quşçuluq məhsullarının qiymətində artım ehtimalı çox aşağıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR