Slimfit
  1. CƏMİYYƏT

BDU payız sessiyası imtahanlarında iştirak edə bilməyəcək tələbələrə müraciət edib

BDU payız sessiyası imtahanlarında iştirak edə bilməyəcək tələbələrə müraciət edib
Sakura

BDU payız sessiyası imtahanlarında iştirak edə bilməyəcək tələbələrə müraciət edib

Bakı Dövlət Universiteti (BDU) payız sessiyası imtahanlarında iştirak edə bilməyəcək tələbələrə müraciət edib.

Ali təhsil müəssisəsindən "Report"a bildirilib ki, 2020-ci il yanvarın 7-dən 31-dək keçiriləcək sessiya imtahanlarında üzürlü və üzürsüz səbəblərdən iştirak etmədiklərinə görə akademik borcu yaranmış tələbələr (magistrantlar) 2020-ci il fevral ayının 3-dən 7-dək həmin fənlərdən imtahan verə biləcəklər.

"İmtahanlar bir qayda olaraq yazılı formada, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə şifahi-dialoq və test formasında keçiriləcəkdir. İmtahanlarla bağlı yarana biləcək istənilən məsələ ilə bağlı müvafiq olaraq Qərargaha, “Qaynar xəttə”, elektron poçt və bütün tədris korpuslarındakı rəy qutuları vasitəsilə göndərilən bütün müraciətlərə operativ qaydada baxılacaqdır. Sessiya dövründə Universitetin İctimai Nəzarət və Məsləhət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günləri təşkil ediləcək. Universitetin Qazax filialında da imtahanlar eyni qaydada keçiriləcək", - universitetdən vurğulanıb.

Qeyd edək ki, bu gündən Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahanlarına start verilib. Mövcud qanunvericiliyin və Azərbaycan Respublikası Təhsil nazirinin 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı müvafiq əmrinin tələbləri nəzərə alınmaqla, bütün texniki-təşkilati işlər yüksək səviyyədə başa çatdırılıb.

BDU-da da semestr ərzində tədris olunan bütün fənlər üzrə akademik biliklərin qiymətləndirilməsi prosesinin şəffaf və obyektiv qaydada keçirilməsi üçün hazırlıq işləri yekunlaşıb, tələbələrin dərsliklər və dərs vəsaitləri ilə təmin olunması üçün lazımi şərait yaradılıb, imtahan üçün ayrılmış auditoriyalar texniki təchizatla təmin edilib. İmtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR