Dərc edildi: Baxış sayı: 506
BDU-nun rektoru: 'Vasim Məmmədəliyev bu dünyada ikən yeri behiştlik idi'
"Vasim Məmmədəliyev özü ilə nadir adını, kamil etalonunu apardı".
"Report'' xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev akademik Vasim Məmmədəliyevlə vida mərasimində etdiyi çıxışında bildirib.
Onun sözlərinə görə, Vasim Məmmədəliyev heç vaxt özünü düşünməyib, elmə, insanlara xidmət edib: "O, yaşından asılı olmayaraq hər kəslə öz dili ilə danışardı. Adi sözlərlə insanın qəlbinə nüfuz edirdi. Rəhbərlik etdiyi kollektivdəki müəllimlərin biliklərinin artırılması üçün əlindən gələni edərdi. O, nadir insanlardan idi ki, paxıllıq nədir bilməyib. Bu dünyada ikən yeri behiştlik idi. Hamının rəhmətini qazanmışdı".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət