Slimfit
  1. CƏMİYYƏT

BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub

BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub
Sakura

BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub

Bakı Dövlət Universitetində (BDU) Dövlət Məşğulluq Agentliyinin təşkilatı dəstəyi ilə BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalının açılış mərasimi keçirilib.

Ens.az 525.az-a istinadən xəbər verir ki, festivalda ölkəmizin nüfuzlu 105 şirkəti tərəfindən BDU-nun tələbə və məzunlarına 1245 vakansiya, 98 təcrübə, 9 təqaüd proqramı təqdim olunub.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, ölkənin ən nüfuzlu 105 işəgötürəni ilə birlikdə Karyera Festivalı keçirilir: “Bu tədbir tələbələrin həyatında bir dönüş nöqtəsi, onlar üçün karyera quruculuğunda önəmli fürsətdir. Belə festivallar formal xarakter daşımır, çünki burada hər iki tərəf – həm sabahın məzunu olan təhsilalanlar, həm də işəgötürənlər qazanır. Bu gün ölkənin ən nüfuzlu və müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətləri, dövlət və özəl qurumları buradadır. Hər bir ali təhsil müəssisəsinin fəxri onun məzunlarıdır. Festivalın tələbə və məzunlarımızın gələcək karyeralarında əvəzsiz rol oynayacağına inanıram”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Bakı Dövlət Universitetinin ölkənin ən qədim, qabaqcıl təhsil ocağı olduğunu deyib. O bildirib ki, Karyera Festivalı məzunların məşğulluğu, işlə təmin olunması baxımından ən önəmli alətlərdən biridir. Bu zaman işaxtaranlarla işəgötürənlər canlı ünsiyyət qurur. Tələbələr və universitetlərlə olan işbirliyi güclənir, işəgötürənlər yeni kadr potensialı əldə edir: “Növbəti dövrlərdə əmək bazarı tamamilə fərqli şəkildə olacaq. Texnologiyanın və süni intellektin inkişafı əmək bazarında köklü dəyişikliklərə yol açacaq və məşğulluq məsələləri fərqli formada təşkil ediləcək. Bu baxımdan universitetlər və tələbələr müasir çağırışlara hazır olmalıdırlar”.

Daha sonra iştirakçı şirkətlərin stendlərinə baxış keçirilib. Sərgi iştirakçıları həmin şirkətlər haqqında ətraflı məlumatlandırılıblar.

Qeyd edək ki, festival iki gün davam edəcək. Festivalın ikinci günü müxtəlif mövzularda “workshop” və panel müzakirələr keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR