Əməl etməyənlər işdən qovulacaq
İngilis ictimai yayım birliyi BBC-nin İcraçı direktoru Tim Devi, qurumun "neytral" imicini bərpa edə bilməsi üçün işçilərdən fikirlərini sosial şəbəkələrdə paylaşmamalarını istəyib.
Ens.az xəbər verir ki, bir neçə gün öncə vəzifəsinə başlayan Davi əməkdaşlara müraciət edərək, BBC-nin siyasi qütblərin hər iki tərəfinin ittihamları qarşısında bitərəfliyə diqqət yetirməli olduğunu söyləyib.
"Əgər sosial şəbəkələrdə fanatik bir köşə yazarı və ya partizan təbliğatçısı olmaq istəyirsənsə, bunu başa düşə bilərəm. Ancaq bu halda BBC-də çalışmamalısan" deyə Devi heyətə xəbərdarlıq edib.
Heyətin "diqqətlə tətbiq ediləcək" yeni sosial media qaydalarına riayət etməsi lazım olduğunu vurğulayan Devi, "bitərəfliyi qorumalı və yenidən üzərimizə öhdəliklər götürməliyik" deyib.
Mənbə: sputniknews.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət