Slimfit
  1. MƏDƏNİYYƏT

Bazel şəhərində Azərbaycan filmi nümayiş olunub

Bazel şəhərində Azərbaycan filmi nümayiş olunub
Sakura

Bazel şəhərində Azərbaycan filmi nümayiş olunub

İsveçrənin Bazel şəhərində keçirilən 14-cü Querfeld Mədəniyyətlərarası Film Festivalında “Azərbaycanın dostları” diaspor təşkilatının dəstəyilə “Tabut düzəldənin yelləncəyi” filmi nümayişi etdirilib.

AZƏRTAC xəbər verir ki, ekran əsəri festivalın ilk günü açılış filmi olaraq göstərilib və tamaşaçıların böyük marağına səbəb olub.

Nümayişdən əvvəl “Azərbaycanın dostları” diaspor təşkilatının rəhbəri Arzu Əliyeva tamaşaçılara “Tabut düzəldənin yelləncəyi” filmi ilə yanaşı, ölkəmizin mədəniyyəti, musiqisi, kinematoqrafiyası haqqında ətraflı məlumat verib. O, son illərdə Azərbaycanda kinematoqrafiyanın inkişafına xüsusi diqqət göstərildiyini bildirib.

“Tabut düzəldənin yelləncəyi” sərt ata və onun oğlu arasında olan mürəkkəb münasibətləri təsvir edir. Film Amerika Kino Akademiyasının “Tələbə Oskarı” mükafatı da daxil olmaqla, bir çox beynəlxalq mükafata layiq görülüb. Filmin rejissoru Elmar İmanov Almaniyanın Köln şəhərində yaşayır.

Festival çərçivəsində təşkilatçılar tərəfindən Azərbaycan mədəniyyətini və mətbəxini tərənnüm edən guşə də yaradılıb. Tədbirin təşkil olunduğu zalda milli mətbəximizin təamları və şirniyyatları qonaqlara təqdim edilib.

Xatırladaq ki, 2006-cı ildən keçirilən festival İsveçrədə yaşayan müxtəlif xalqların nümayəndələri tərəfindən təşkil olunur və mədəniyyətlərarası əlaqələrin gücləndirilməsinə, ölkədə tolerantlığın təşviqinə xidmət edir.

 

Elgün Niftəli

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR