Slimfit
  1. AZƏRBAYCAN

Bazarda yerli çayın koloqramı 100 manatdan bahadır

Bazarda yerli çayın koloqramı 100 manatdan bahadır
Sakura

Bazarda yerli çayın koloqramı 100 manatdan bahadır

Son illər yerli çaya tələbat artdığından çayçılıqda canlanma müşahidə olunur. Çay sahələrinin və yığılan məhsulun miqdarı artsa da bir çoxları qiymətin elə əvvəlki kimi baha olduğunu bildirirlər. Məsələn, Lənkəran bazarlarında qiyməti 100 manat və daha baha olan çay növləri var.

Xezerxeber.az-ın məlumatına görə, çay yetişdirən fermerlər məhsulu bazarlarda çəki ilə satırlar. Bir kilosunun qiyməti 100 manat və daha artıq olan çaylar da var.

Adına Lənkəran çayı desələr də yetişdirilmə ərazisinə və yığılma vaxtına görə müxtəlif keyfiyyyətdə və fərqli qiymətlərdə çaylar olur. Qiymətlər 10 manatdan bir neçə yüz manata kimi dəyişir. Satıcılar bildirir ki, son vaxtlar yerli çaya tələbat artıb. Bazarlarda qiyməti 100 manat və daha çox olan çayların da öz alıcıları var.

Bunlara nisbətən qiyməti 8 manatdan 50 manata qədər olan çaylar daha çox satılır. Eyni sort çayın ucuz olması isə bitkinin sonradan çıxan yarpaqlarından hazırlanması ilə əlaqəlidir. Yerli çayın adını və dadını eşidib Türkiyədən Lənkərana gələnkər də var.

Hazırda Astarada 345, Lənkəranda isə 568 hektardan artıq çay sahəsi mövcuddur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR