Slimfit
  1. CƏMİYYƏT

Bayraq tikən dərzilər Vətən müharibəsi günlərində də dayanmadan işləyiblər

Bayraq tikən dərzilər Vətən müharibəsi günlərində də dayanmadan işləyiblər
Sakura

Bayraq tikən dərzilər Vətən müharibəsi günlərində də dayanmadan işləyiblər

Dörd il öncəyə qayıdaq... 9 Noyabrda gecəsini gündüzünə qataraq üçrəngli bayraqlar tikən Tovuzda yaşayan dərzilərimizdən, ana və qızı barədə o vaxt da yazı təqdim etmişdik. 44 günlük Vətən müharibəsində hər kəs kimi, bütün peşə sahibləri kimi, dərzilər də boş dayanmır, bayraqlar tikirdilər. Bayraq Günündə həmin dərzilərə dörd ildən sonra yenidən baş çəkdik. O günləri xatırlayan dərzilər bayrağa olan sevgilərindən, vətəndaşlıq borclarından bəhs ediblər.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki,44 günlük Vətən müharibəsi dövründə arxa cəbhədə hər kəs peşəsi ilə döyüşlərdəki Qələbəyə öz töhfəsini verməyə, döyüşçülərimizə dəstək olmağa çalışırdı. Onlardan biri də məhz dərzilər idi ki, gecə-gündüz dayanmadan bayraq tikirdi.

Haqqında söhbət açdığımız dərzi Fərqanə Nağıyevadır. O, dörd il öncə anası Leyli Nağıyeva ilə birlikdə bütün sifarişlərini bir kənara qoyaraq bütün güclərini yalnız bayraq tikməyə sərf etmişdilər. Fərqanə Nağıyeva deyir ki bu yaxınlarda anasını itirsə də, dərzilik peşəsini yenə də davam etdirir, bu gün də üçrəngli Bayrağımızı tikməklə məşğuldur. İndi ona qoşulanların da sayı artıb. Deyir ki, müharibə günlərində qonşular da ona dəstək olur, dərzilikdən az çox anlayışı olanlar köməyə gəlir, biri bayraq ütüləməklə, biri parçanı hazırlamaqla kömək edirdi. Yuxusuz qalıb bir sutkaya hətta 100-dən çox bayraq tikdikləri günləri xatırlayır: “Vətən müharibəsinin son iki gününü anam və mən yatmadıq. Burada, sexdə dayanmadan bayraq tikirdik. Qonşularımız da bizə kömək etdilər. Məsələn, bayrağın ütülənməsində, biçilməsində yaxından kömək edirdilər. Biz Qələbə xəbərini eşidəndə o qədər sevincli idik ki, heç yorulmağımızı belə düşünmürdük. Küçədə hamı sevincli idi, maşınların səsini eşidirdik, siqnal verərək Qələbəni qeyd edirdilər. Hamı bir-birini təbrik edirdi. Bunun üçün isə hər kəsə bayraq lazım idi. Tələbat lap çox idi. Bir qoca kişi bayraq istədi. Bayrağı bizdən götürdükdən sonra oynaya-oynaya getdi”, - deyə F.Nağıyeva bildirib.

F.Nağıyeva deyir ki, üçrəngli bayrağımızla yanaşı, qardaş Türkiyənin və dost Pakistanın bayraqlarını da tikən dərzilər indi də bayraq tikmək ənənəsini davam etdirirlər. “Bayraq bizim başımızın tacıdır. Mən hər dəfə bayrağı əlimə götürəndə şəhidlərimizi xatırlayıram. Buna görə bayraq çox dəyərlidir. Tovuzun kəndlərində girişində böyük bayraqlar var. Mən o bayraqları görəndə sevinirəm ki, onu mən tikmişəm”, - deyə F.Nağıyeva əlavə edib.

Peşəsi müəllim olsa da, qonşu Pakizə Əhmədova 44 günlük müharibə zamanı bayrağa ehtiyac olan anlarda dərzi qonşusuna dərsdən sonra kömək edib. “Biz yaxın qonşuyuq. Özüm müəlliməm. Mənim anam da vaxtilə dərzi olub, bu peşəni bir az ondan öyrənmişəm. O vaxtlar gördüm ki, bayraq tikmək lazımdı, buna ehtiyac var. Mən də həmin ərəfədə dərsə gedirdim. Dərsdən gələn kimi çantamı bir kənara qoyub gəlirdim burada kömək edirdim”,- deyə Pakizə Əhmədova qeyd edib.

Bayraq bizim milli qürur mənbəyimizdir. Bayrağımızı torpağımızı sevirik və uca tuturuq. Peşəsindən asılı olmayaraq hər kəsdə bu sevgi var. İndi üçrəngli Bayrağımız ölkəmizin dörd yanında, hər zirvəsində dalğalanır. Qarabağımızın tacı Şuşada dalğalanır. Cəbrayılda, Zəngilanda, Qubadlıda, Fizulidə, Kəlbəcərdə, Laçında ucaldılıb... Bu il 32 ildən sonra ilk dəfə bayrağımız Qazaxın Bağanıs Ayrım, Xeyrımlı, Aşağı Əskipara və Qızılhacılı kəndlərində dalğalanmaqdadır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR