Slimfit
  1. CƏMİYYƏT

Bayramın dəhşətli “oyuncağı”: sakinlər etiraz edir

Bayramın dəhşətli “oyuncağı”: sakinlər etiraz edir
Sakura

Bayramın dəhşətli “oyuncağı”: sakinlər etiraz edir

Ölkəyə gətirilməsi və satışı qadağan edilən pirotexniki vasitələrin Sumqayıtda açıq şəkildə satışa çıxarılması şəhər sakinlərini narahat edib.

Bununla bağlı Axar.az-a şikayət məktubu göndərən Qurban Məmmədov adlı sakin bildirib ki, belə vasitələr hər kəsə açıq şəkildə təklif edilir.

Şikayətçinin sözlərinə görə, pirotexniki vasitələr Sumqayıtda, xüsusilə mərkəzi yerlərdə, “Sülh” küçəsi, Heydər Əliyev prospekti boyu, “Cavid” və “Karvan” ticarət mərkəzlərinin ətrafındakı məkanlarda, eləcə də böyük supermarketlərin qabağında, insanların sıx olduğu yerlərdə satılır. Şikayətçi aidiyyəti qurumların bununla bağlı lazımi addım atmasını istəyib:

“Bu məhsulların istifadəsi yüksək səs-küylə müşayiət olunur, həmçinin insan sağlamlığı üçün də təhlükə törədir. Ən dəhşətlisi də odur ki, bu təhlükəli vasitələrin alıcıları daha çox uşaqlardır”.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən mövzu ilə bağlı açıqlama veriləcəyi bildirilib.

Xatırladaq ki, yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan malların satışı aşkarlandığı halda İnzibati Xətalar Məcəlləsinin 224-cü maddəsinə əsasən fiziki şəxslər üçün buna görə 350-500 manat, vəzifəli şəxslər üçün isə 1650-2200 manat məbləğində cərimə də nəzərdə tutulub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR