Slimfit
  1. MƏDƏNİYYƏT

Bayram günləri hansı səhvləri edirik?

Bayram günləri hansı səhvləri edirik?
Sakura

Bayram günləri hansı səhvləri edirik?

Bayram günlərinin, tətillərin sevinc bəxş etdiyi qədər qayğılı tərəfləri də var. İstirahət günlərini həvəslə gözləyənlərin bəziləri bolluca yatmağı düşünür, bəziləri qonaqlıqlara, digərləri səfərlərə hazırlaşır. Lakin bütün bunların arxasında bir də qidalanma dayanır.

Məhz bayram günlərində qidalanma rejimi sıxlaşır və çox zaman yeməyə nəzarəti itiririk. Bayramdan sonra isə yığdığımız artıq çəkilərlə mübarizə, pəhriz, arıqlamaq qayğıları başlayır. Bəs bayram günlərində necə qidalanaq? Tətillərdə həyat tərzimizi öz axarı ilə davam etdirməyi bacara bilərikmi?

Məsələ ilə bağlı Modern.az-a danışan dietoloq Tutu Zeynalova bayram günü və bayram sonrası qidalanmaya xüsusi diqqət yetirməli olduğumuzu bildirir:

“İl boyu işləyən insan maksimum dərəcədə bayram günlərindən yararlanmaq istəyir. Yəni istirahət deyəndə doyunca yemək, yatmaq və s. ağıla gəlir. Qida rejiminin də kəskin şəkildə pozulması bizdə başağrısı, artıq çəki yaradır. Buna görə bayramdan öncə və sonra müəyyən qaydalara riayət etmək lazım gəlir. Bayram günləri hansı səhvləri edirik? İlk növbədə istirahət günüdür deyə, yuxudan gec oyanırıq. Axşam bayram süfrəsində çox yeyəcəyik deyə, gün ərzində ac qalırıq. Bu elə bizim birinci səhvimizdir. Bayram günü olsa da, mütləq şəkildə günə bir, ya iki stəkan su içməklə başlamalıyıq. Su içdikdən yarım saat sonra səhər yeməyi yeməliyik. Məsələn, yulaf sıyığı, yoqurt yemək olar. Gec oyandığımız üçün qatıq və ya kefir də yeyilə bilər. Axşam yeməyini isə çalışıb 20:00-dək bitirməliyik. Bununla metobolizmanı nəzarətdə saxlayaraq, artıq kalori qazancına da mane ola bilərik”.

Dietoloq bayram axşamı şiniyyatdan az istifadə etməyi tövsiyyə edir:

“Bayram günlərində maksimum dərəcədə çalışaq ki, şirniyyyatdan az istifadə edək. Çünki yemək çeşidi zəngin olduğu üçün əlavə şirniyyatın yeyilməsi artıq çəkinin yaranmasına səbəb ola bilər. Bayram axşamı yaxşı olardı ki, hazırlanan salatları mayonezsiz edək. Ət kimi isə bəyaz ət, balıq, ağ toyuq əti süfrəyə qoyulsa, daha yaxşı olar. Yağda qızardılmış yeməkdənsə, soba və ya manqalda bişmiş yeməklərdən istifadə bizə daha yaxşı gələr. İçki olaraq isə adi su içsək uyğundur. Çünki meyvə şirələri, qazlı içkilər geniş yemək çeşidindən sonra problem yarada bilər. Eyni zamanda, meyvə şirələri bizim doyma hissimizin qarşısını alır və biz daha çox yemək istəyrik ki, bu da artıq çəki yaradır. Bütün yeməklərin dadına baxmaq istəyi bizdə tələskənlik yaradır və qidaları çeynəmədən uduruq. Bu da öz növbəsində bizdə diskomfort, həzmdə problem yaradır. Eyni zamanda, spirtli içkidən də az istifadə etmək lazımdır. Əgər bayram axşamı spirtli içki içilirsə, gərək sonradan bol miqdarda su qəbul edilsin ki, səhəri gün başağrısı yaranmasın. Axşam yeməyindən sonra desert kimi meyvə, kiçik porsiyada südlü şirniyyat qəbul etmək olar. Yemək masasından qalxdıqdan sonra yarım saat, 45 dəqiqə piyada gəzmək lazımdır. Ümumiyyətlə istirahət günlərində getməli olacağımız yerlərə piyada getsək daha yaxşıdır. Bu aralar gün ərzində 90 dəqiqə piyada gəzməyi bacarsaq lap əla olar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR