Slimfit
  1. AZƏRBAYCAN

Bayram günləri ərzində banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bayram günləri ərzində banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Sakura

Bayram günləri ərzində banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

 Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 29 Dekabr – 02 Yanvar bayram günləri ərzində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

Palatadan“Report”a verilən məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 23 bankın 118 filial və şöbəsi (9 bank üzrə 12 satış nöqtəsi 24 saat rejimində olmaqla) 29 Dekabr – 02 Yanvar tarixlərində müştərilərə xidmət göstərəcək.

“Bayram günlərində Palata tərəfindən yaradılmış bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə Palataya müraciət etmək mümkün olacaq”, - deyə məlumatda qeyd olunub. 

Gücləndirilmiş iş rejimində çalışacaq bankların iş qrafiki cədvəldə təqdim edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR