Baydenin müşaviri: “Ermənistanı və Azərbaycanı sülh yolunda irəliləyişi davam etdirməyə çağırdım”
“Ermənistanı və Azərbaycanı sülh yolunda irəliləyişi davam etdirməyə çağırdım”.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan tviter hesabında yazıb.
O, ABŞ-ın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşə ev sahibliyi etməsindən məmnun qaldığını vurğulayıb.
“Mən Ermənistanı və Azərbaycanı sülh yolunda irəliləyişi davam etdirməyə, o cümlədən etimadın möhkəmləndirilməsi üçün təxribatlardan qaçmağa və gərginliyi azaltmağa çağırdım”, - ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət