Dərc edildi: Baxış sayı: 635
Baydenin bəyanatı Türkiyənin Rusiya ilə daha da yaxınlaşmasına səbəb ola bilər
ABŞ prezidenti Co Baydenin qondarma erməni soyqırımı ilə bağlı bəyanatı Türkiyənin Rusiya ilə daha da yaxınlaşmasına səbəb ola bilər.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu TASS-a açıqlamasında Rusiya Elmlər Akademiyasının Ərəb ölkələri və islam araşdırmaları İnstitutunun aparıcı elmi əməkdaşı Boris Dolqov bildirib.
“Türkiyə ilə Rusiyanın mütəffiq olmasını gözləmək düzgün olmazdı. Lakin Baydenin bəyanatı iki ölkənin müvəqqəti də olsa yaxınlaşmasına səbəb ola bilər”, - deyə ekspert bəyan edib.
O, bildirib ki, həm Rusiya, həm də Türkiyə ikitərəfli münasibətlərdən fayda əldə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət