Dərc edildi: Baxış sayı: 715
Baydenin 100 günlük reytinqi ABŞ tarixində üçüncü ən aşağı göstəricidir
“Washington Post” və “ABC News” ABŞ prezidenti Co Baydenin işə başlamasının 100 günü münasibəti ilə əhali arasında sorğu keçirib.
“RİA Novosti” xəbər verir ki, sorğuya əsasən, dövlət başçısının reytinqi 52% təşkil edib ki, bu da ABŞ prezidentləri arasında Donald Tramp (42%) və Cerald Forddan (48%) sonra üçüncü ən aşağı göstəricidir.
Qeyd olunur ki, telefon sorğusu 18-21 aprel tarixləri arasında keçirilib. Sorğuda 1007 nəfər yetkinlik yaşına çatmış respondent iştirak edib.
Sorğu iki dildə - ingilis və ispan dillərində aparılıb.
Mənbə: Oxu.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət