Dərc edildi: Baxış sayı: 516
Bayden Priqojinin ölümündən danışdı
ABŞ Prezidenti Co Bayden avqustun 23-də Rusiyanın Tver vilayətində baş vermiş təyyarə qəzasına münasibət bildirib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, 80 yaşlı siyasətçi qeyd edib ki, baş verən faciə onu təəccübləndirməyib.
“Lakin mən hələ nəyin baş verdiyini dəqiq bilmirəm”, - C.Bayden fikrinin davamında söyləyib.
ABŞ prezidenti həmçinin əlavə edib ki, qəzanın səbəbləri ilə bağlı sualın cavabını bilmək üçün kifayət qədər məlumata sahib deyil.
Xatırladaq ki, avqustun 23-də Rusiyanın Tver vilayətində “Vaqner”in rəhbəri Yevgeni Priqojinə məxsus təyyarə qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədəki sərnişinlər arasında Yevgeni Priqojin də olub. O, qəzada həyatını itirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət