Slimfit
  1. DÜNYA

Bayden: NATO liderləri Trampın yenidən seçilə biləcəyindən qorxaraq mənim qələbəmi istəyirlər

Bayden: NATO liderləri Trampın yenidən seçilə biləcəyindən qorxaraq mənim qələbəmi istəyirlər
Sakura

Bayden: NATO liderləri Trampın yenidən seçilə biləcəyindən qorxaraq mənim qələbəmi istəyirlər

ABŞ prezidenti Co Bayden deyib ki, NATO üzvü olan ölkələrin liderləri onun qalib gəlməsini istəyirlər, çünki ABŞ-ın keçmiş rəhbəri Donald Trampın seçkilərdə mümkün qələbəsindən ehtiyat edirlər.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin yaydığı stenoqramıdan məlum olub ki, o, bu fikri Nyu-Yorkda Demokratlar Partiyasının prezidentlik kampaniyası üçün maliyyə toplama tədbirində bildirib.

“Yenə də deyirəm, bu, mübaliğə deyil, düşünün. Bu, NATO-nu tərk edəcəyini elan edən Trampdır. O, Rusiya Prezidenti Vladimir Putinə NATO üzvləri haqqını ödəməsələr, istədiyini edə biləcəyini söyləyib. Sadəcə onun nə etdiyinə baxın. Dünyanın qalan hissəsi ABŞ-la nə baş verdiyini maraqlandırır. Düşünürəm ki, mənə hörmət edirlər, düşünürəm ki, məni dinləyirlər. Amma məsələ burasındadır ki, o, yenidən qalib gəlsə, ölkələri üçün yaranacaq təhlükədən qorxurlar”, - deyə Bayden vurğuladı.

Fevralın 10-da Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı NATO üzvü olan ölkələrin liderləri ilə keçirdiyi görüşlərdən biri haqqında danışıb. Onun sözlərinə görə, daha sonra xarici həmkarlarından biri ondan müttəfiqlərdən biri NATO-ya kollektiv müdafiə üçün ianə ödəmədiyi halda, Rusiyadan ehtimal edilən təhlükə zamanı ABŞ-ın alyansı müdafiə etməyə hazır olub-olmadığını soruşub. Tramp belə bir ölkəni müdafiə etməyəcəyini və əksinə, Rusiya Federasiyasını onunla “istədiyini etməyə” təşviq edəcəyini bildirib. Eks-prezident bu söhbətin nə vaxt, harada və kiminlə aparıldığını dəqiqləşdirməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR