Dərc edildi: Baxış sayı: 520
Bayden: "Müharibə bitməmiş Ukraynanın NATO-ya üzvlüyü III Dünya müharibəsinin başlanğıcı deməkdir"
"Müharibə bitməmiş Ukraynanın NATO-ya üzv olması III Dünya müharibəsinin başlanğıcı deməkdir".
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Helsinkidə finlandiyalı həmkarı Sauli Niinistö ilə birgə mətbuat konfransında bildirib.
"Müharibə davam edərkən heç kim NATO-ya daxil ola bilməz", - Bayden deyib.
Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin də bildirib ki, Ukrayna müharibə başa çatdıqdan sonra Şimali Atlantika Alyansının bir hissəsi ola bilər. O, həmçinin əlavə edib ki, Kiyev alyansın tələblərini yerinə yetirmək üçün bir sıra islahatlar aparmalı olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət