Dərc edildi: Baxış sayı: 326
Bayden əmr verdi: ABŞ İran hədəflərini vurur
ABŞ Silahlı Qüvvələri Prezident Co Baydenin göstərişi ilə Suriyada İrana bağlı iki hədəfə zərbələr endirib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib.
“Bu gün Prezident Baydenin göstərişi ilə ABŞ ordusu Suriyanın şərqində SEPAH və ona bağlı qrupların istifadə etdiyi iki obyektə zərbələr endirib. Bu zərbələr İranla əlaqəli silahlı qruplar tərəfindən oktyabrın 17-dən etibarən İraq və Suriyada ABŞ şəxsi heyətinə qarşı davam edən və əsasən uğursuz hücumlara cavabdır”, - Ostin bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət